Avtomobilinizi istənilən yerə daşıyın — sürətli, təhlükəsiz və sərfəli!



Koreya Respublikasında avtomobillərin saxlanc yerindən yükləmə məntəqəsinə qədər olan bütün proseslər əməkdaşlarımızın nəzarəti altında həyata keçirilir. Operativ xidmət göstərmək məqsədilə, hər həftə yükləmə prosesi aparılır və müştərilərimiz yükləmə materialları ilə təmin olunur. Bu prosesin şəffaflığını təmin etmək üçün, müştərilərimiz həftəlik yükləmə şəraitini izləmək üçün rəsmi Instagram səhifəmizə müraciət edə bilərlər.

Hər iki daşıma növündə, müştərilərin avtomobillərini sığortalamaq imkanı mövcuddur. Avtomobilin sığortalanması üçün əlavə 100 ABŞ dolları ödəməklə bu xidmətdən yararlana bilərsiniz. Sığorta xidməti, daşınma zamanı meydana gələ biləcək potensial zədələrə qarşı müştəriləri yaranacaq əlavə xərclərdən tamamilə azad edir.